Bakıda 15 yaşlı qız itkin düşdü
Bakıda azyaşlı qız yoxa çıxıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, paytaxt sakini Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.
15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə, 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib