Bakıda 16 yaşlı oğlan, 17 yaşlı qızyoxa çıxdı

# 12:32
23 fevral 2023

Bakıda yeniyetmə oğlan və qız itkin düşüb.

Səbail rayonu G. Əliyev küçəsində yaşayan 16 yaşlı Əsgərov Elvin Sahib oğlu səhər saat 9 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası G. İsmayılova polisə müraciətində bildirib.

Həmçinin Suraxanı rayonu M. Əsədullayev küçəsində yaşayan 17 yaşlı Fərəcova Sevda Rövşən qızı günorta saatlarında evdən çıxaraq, itkin düşüb. Bu barədə onun anası L. Əliyeva polisə müraciətində məlumat verib.

Faktlarla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR