Bakıda 16 yaşlı qız özünü sanitar qovşaqda asdı

# 17:57
17 iyun 2022

Bakıda 16 yaşlı qız intihar edib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.

 

İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib. 

Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla aralarında sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.

 

Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR