Bakıda 3 qız YOXA ÇIXDI

# 12:08
22 avqust 2022

APA TV xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib. Bu barədə onun anası Y. Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib. Digər hadisələr Nizami rayonunda olub. 14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M. Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib. Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ. Darılmaz 24-cü Polis Şöbəsinə bildirib. Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR