Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə ÖLDÜ
Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.
İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu