Bakıda 50 manata təzə “İphone” satılır? - Buna diqqət edin

# 18:46
16 iyun 2023

 

Son dövrlərdə sosial şəbəklərdə, xüsusilə “Tik-tok” platformasında dələduzluq hallarına tez-tez rast gəlinir. İndi də fırıldaqçılar 50-60 manata “İphone” telefonu təklif edib, daha çox yeniyetmələri hədəfə alırlar. Dələduzların tələsinə düşən şəxslərdən onlayn şəkildə təcili pul ödəmələri tələb olunur, əks təqdirdə telefonun başqasına satılacağı deyilir. Pul köçürüldükdən sonra təbii ki, məhsul verilmir, müştəriyə aid nömrə və ya səhifə bloklanır. Sosial mediada məzmun üzrə mütəxəssis Valid Əliyev deyir ki, hər bir şəxs onlayn məhsul alarkən səhifələri, profilləri və ya satış saytlarını diqqətlə incələməlidir. Əks təqdirdə aldadılmaq ehtimalı qaçılmaz olur. Bəs bu cür dələduzluq halları ilə qarşılaşdıqda hüququ müstəvidə hansı tədbirləri görə bilərik? Aldadanı və aldadılanı hüquqi baxımdan nə gözləyir? Ekspertlər vurğulayır ki, bu cür dələduzluq vədlərinə daha çox bahalı telefona sahib olmaq istəyən yeniyetmələr aldanır. Buna görə də valideynlər daha diqqətli olmalıdırlar. AYTAC ƏMİR ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR