Bakıda 65 yaşlı oğru qadın tutuldu
Bakıda qadının pulqabısı oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu