Bakıda ağır yol qəzası: bir ölü, bir yaralı

# 11:36
6 may 2024

 

Bakıda toydan çıxan qadınları avtomobil vurub.Hadisə Nizami rayonunda Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onları “Kia” markalı avtomobil vurub. Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay xəstəxanada ölüb.Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR