Bakıda ana bıçaqlandı, qızı qətlə yetirildi
Fevralın 2-si, saat 1 radələrində Sabunçu rayonu ərazisində 14 yaşlı Günay Şadatovanın xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 43 yaşlı Əfsanə Şadatovaya, həmçinin onun qızı Günaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi