Bakıda ana iki azyaşlı qızı ilə özünü binadan atıb

# 05:01
19 iyul 2022

İntihar gecə saatlarında  Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.Belə ki, 28-ci binada  25 yaşlı Abbasova Aytən Maarif qızı iki qızı 4 yaşlı  Abbasova Sofiya Suslan qızı və 2 yaşlı  Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən yerləşən mənzilin yataq otağının pəncərəsindən özünü atıb.Hadisə nəticəsində  2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlər alıb. Yaralılar qonşuların köməkliyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib. Aytən və onun azyaşlı qızı SOfiya  1 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər ananın vəziyyətinin ağır olduğunu bildirib. Uşağın bədənin üç hissəsində isə sınıq xəsarətləri var.Qeyd edim ki,  Aytən .Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR