Bakıda apteklər bizi belə aldadırmış - Yeni kələk

# 19:28
1 dekabr 2022

Bakıda fəaliyyət göstərən bəzi apteklər ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır.

Müştərilərin sözlərinə görə, bəziləri bu qəbzləri tələb etmir, bəzilərinə isə ümumiyyətlə verilmir.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Ədv çekinin müştərilərə verilməməsinin 2 əsas səbəbi var:

“Satıcılar bundan yayınırlar. Burda bir neçə məqam var. Birinci məqam dövriyyədən gizlətməyə çalışırlar. İkinci məqam isə ədv geri al layihəsindən satıcılar özləri yararlanmaq istəyirlər. Apteklərin bir çoxu Ədv ödəyicisidir.Birbaşa qanun pozuntusudur.Burada tənzimləyici inzibati orqan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir”.

Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, belə hallarla rastlaşan alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər..

“Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev isə deyir ki, bu cür hallar qanuna zidd olduğu üçün cərimələr tətbiq olunur: “Alıcıya təqdim edilən çekin verilməməsi və ya göstərilən məbləğdən aşağı çekin təqdim olunması vergi ödəyicisən təqvim ili ərzində 1-ci dəfə min manat 2ci dəfə 3min manat 3cü dəfə isə 6min manat məbləğində cərimə olunaraq , vergilər məcəlləsi ilə tənzimlənir ” Bəli, belə aydın oldu ki vətəndaşların ancaq bir yolu var: “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək…

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR