Bakıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə İzmir küçəsində qeydə alınıb.
Belə ki, “AzSamand” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı betona çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobilin üç sərnişini və sürücü xəsarət alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib