Bakıda avtomobil aşıb, xəsarət alanlar var
Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, Lada markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və sərnişin Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü