Bank Of Baku

Bakıda avtomobil dəmir arakəsmələrə çırpılıb

# 03:07
13 iyun 2020

Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hunday markalı avtomobil Aeroport yolu ilə Mərdəkan istiqamətində hərəkətdə olarkən qəfil qarşısında Nissan markalı avtomobil saxlayıb.

 

Hundayın sürücüsü  nəqliyyat vasitəsini Nissana çırpmamaq  üçün sükanı sola doğru manevr edib. Bu zaman  avtomobil dəmir arakəsmələrə çırpılıb. Zərbədən avtomobil yararsız hala düşsədə xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR