Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə aeroport şosesində baş verib.
1983-cü il təvəllüdlü Ağayev Abdul Aydın oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. Bu zaman o, sükana nəzarəti itirib və avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil yol ayrıcına çırpılaraq digər zolaqda hərəkətdə olan və Əsgərov Ramiz İsmayıl oğlunun idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində A.Ağayev və avtomobildə olan digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik