Bakıda avtomobil işıqfora çırpılıb
Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, BMW markalı avtomobillə Fiat markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən avtomobillərdən biri işıqfora çırpılıb. Toqquşma o qədər güclü olub ki, işıqfor yerindən çıxaraq, yararsız hala düşüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib