Bakıda avtomobil piyadanı vuraraq öldürüb – SÜRÜCÜ SAXLANILDI
Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, 1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu Koroğlu Rəhimov küçəsi ilə idarə etdiyi "VAZ 2103" markalı minik avtomobillə hərəkətdə olan zaman piyada zolağından keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi