Bakıda avtomobil yük maşınına çırpılıb, ölən var
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA TV xəbər verir ki, hadisə Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən istiqamətdə baş verib.
“Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan “Opel” yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb.
Daha sonra “Opel” dərəyə aşıb, sürücüsü isə hadisə yerində ölüb.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü