Bakıda baş verən yanğın söndürülüb

# 00:29
18 may 2022

Bakıda yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb.

saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb VƏ

saat 23:23-də söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR