Bakıda beş avtomobil qəzaya uğrayıb – XƏSARƏT ALAN VAR
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA Tv xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobili əvvəlcə "Toyota", daha sonra "Nissan", "Daewoo" və "Kia" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan sərnişin xəsarət alıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı