Bakıda beşmərtəbəli binada yanğın olub
Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.
APA Tv xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, yanğın binanın zirzəmisində məişət tullantılarının alışması nəticəsində baş verib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı