Bakıda bəzi yollarda yüksək olan sürət həddi endiriləcək

# 13:36
19 may 2021

Azərbaycan dövlətinin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.

 

Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən xəbərə görə, təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

 

Qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR