Bakıda binalardan birinin liftindəki nasazlığın səbəbi açıqlandı

# 03:30
5 iyul 2022

Liftin qırılması ilə bağlı APA tv nin əməkdaşları hadisə yerində olub. Hadisə yerinə Polis və Prokurorluq əməkdaş.ları cəlb edilib.

Məlum olub ki, Bina ELİte MTK-ya məxsusdur. MTK əməkdaşı hadisə ilə bağlı APA Tv-yə açıqlama verib.

Xəzər Əliyev

MTK-sözçüsü

Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR