Bank Of Baku

Bakıda binanın zirzəmisində yanğın baş verib

# 21:08
22 fevral 2021

Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığındakı binanın zirzəmisində yanğın baş verib.

 

APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğının söndürülməsinə FHN-nin 5 yansöndürən maşını cəlb edilib.

 

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov APA TV-yə bildirib ki, hadisə nəticəsində 6 mərtəbəli binanın zirzəmisində 100 kv. metr ərazidə tikinti materialları yanıb.

Binada baş verən yanğın məhdudlaşdırılıb. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR