Bakıda bir sıra obyektlərdə qaydalar pozulub
Səbail Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Səbail Rayon Polis İdarəsi və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yeni yaradılmış xüsusi monitorinq qrupları tərəfindən Səbail rayonu ərazisində yerləşən ictimai-iaşə obyektlərində gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir.
Rayon İcra Hakimiyyətindən APA TV-yə verilən xəbərə görə, monitorinqlər zamanı ictimai-iaşə obyektlərinin mətbəx və digər sahələrində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərinin vəziyyətinə baxış keçirilir.
Qeyd olunan tədbirlər nəticəsində bir sıra obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin burada rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətlərinin olması müəyyən edilmiş, həmin nöqsanlar demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılıb və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və bir sıra digər məsələlərlə bağlı sahibkarlar və işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?