Bakıda birgə reydlər davam edir
Bakıda birgə reydlər daha da gücləndirilib.
APA TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhərinin bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir.
Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır.
Reydlər davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu