Bakıda bu binada heç kim yaşamaq istəmir

# 20:13
17 may 2023

 

Bu binada problem bir deyil, iki deyil. Nə lift normal işləyir, nə qaz var, natəmizlik də baş alıb gedir. Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov 8 ünvanındakı binanın sakinləri yaşadıqları evin vəziyyətindən şikayətçidirlər. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, binaya qazın verilməməsi onun yataqxana tipli olması ilə əlaqəlidir. “Azəriqaz yataqxana tipli binaların qazlaşmasını edə bilmir.Çünki bu biunalar tikilərkən bəzi təhlükəsizlik qaydaları nəzərə alınmayıb. Bina ümumi istifadədə olduğundan qazlaşması mümkün deyil. Yataqxana tipli binanın qazlaşmaması oarada yaşayan sakinlərin təhlükəsizliyi baxımındandır”. Ərazi üzrə 146 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, sözügedən binada gündəlik olaraq təmizlik işləri aparılır və zərurət olduğu halda cari təmirə ehtiyacı olan yerlərdə kosmetik təmir həyata keçirilir. Bindakı liftin isə köhnə olduğu, mərhələli şəkildə dəyişiləcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR