Bakıda bu binaları sökürlər: Sakinlərə ya ev, ya da 1500 AZN veriləcək

# 17:05
22 oktyabr 2022

Uzun müddətdir ki, Bakıda bəzi köhnə, qəzalı binaların söküləcəyi ilə bağlı söz- söhbət dolaşır. Yaxın vaxtlarda Bakının Nərimanov rayonu ərazisində iki binanın sökülməsi barədə qərar açıqlanacaq. Bunlar Nərimanov rayonu ərazisində yerləşən Fətəli xan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalardır.

 

Bu binalar 66 il öncə Bakı Şin zavodunun yataqxanası kimi tikilib. O zaman həmin zavodun işçilərinə müvəqqəti məskunlaşma üçün verilib, amma sonradan başqa ev ala bilmədiklərinə görə orada yaşamalı olublar.

 

Sakinlə deyir ki, bina çox bərbad vəziyyətdədir, uçub tökülür.

 

- Bu yaxınlarda da sosial şəbəkələrdə göstərildi ki, panel uçub gəlinnən uşağın üstünə. Həmin gəlinlə uşaq da, mənim gəlinimlə nəvəm idi. Yəni çox pis vəziyyətdədir. Bizə söz veriblər ki, guya bu ilin axırına qədər sökülməlidir.

Bizə söz verdilər ki, yerində 12-14 mərtəbəli binalar tikiləcək və buranın sakinlərinə veriləcək. Kvadrat məsələsində isə öncə razılaşma olmadı, çünki çox az kvadrat təklif olunmuşdur. 1 otaqlılara 42 kvadrat, 2 otaqlılara isə 70-80 kvadrat guya mənzil veriləcək.

 

Sakinlərin sözlərinə görə, bu binalarda ən böyük otaqlar 15 kvadratdır. Bəzilərində hətta iki ailə yaşayır.

 

- İndi imza atdırıblar, deyirlər ki binanın sökülməyinə razısınız? Deyirik hə. 42 kvadrat bir otağa verəcəyik, biz də o fikirlə imza atmışıq. İndi aldadırlar ya düzünü deyirlər onu biz bilmirik.

 

Sakinlər onu da qeyd etdilər ki, onlara binanın 18 aya tikiləcəyi bildirilib.

 

Məlumat üçün onu da bildirək ki, yataqxana sakinlərinə iki variant təklif edilir. Onlar ya 1500 AZN kompensasiya alacaqlar, ya da sökülən yataqxananın yerində tikiləcək çoxmərtəbəli binadan mənzil əldə edəcəklər.

 

Qeyd edək ki, Bakıda yerləşən digər qəzalı binalarla bağlı da müvafiq qərarların mərhələli şəkildə veriləcəyi bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR