Bakıda bu həyətə girənlər çıxmaq istəmirlər - APA TV
Bakıda prezident İlham Əliyevin tapşırığına əsasən, “Bakı Abadlıq Xidməti” MMC və Səbail Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonu, Badamdar qəsəbəsində növbəti “Abad həyət” layihəsi reallaşdırılıb.
Layihənin məqsədinə uyğun olaraq, Seyran Məmmədov küçəsi 1 və 6 ünvanlarında çoxmənzilli yaşayış binalarının həyəti yenilənib.
Sakinlərin istək və maraqlarını nəzərə alaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olub. Həyətin mövcud yaşıllıq zonaları bərpa edilib, sakinlərin təhlükəsizliyinin təmin olunması üçün əraziyə müşahidə kameraları quraşdırılıb.
Səbail Rayonu İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimovanın sözlərinə görə, Səbail rayonu üzrə artıq 6-cı abadlaşdırma layihəsi həyata keçirilib.
Kəmalə Həşimova əlavə edib ki, abadlaşdırılmış ərazidə 500kv.m sahə yaşıllaşdırılıb və 30 ədəd ağac, müxtəlif gül növləri əkilib.
Sakinlərin sözlərinə görə, onlar yaşadıqları ərazinin yenidən bərpasından çox məmnundurlar.
ŞƏMS QULİYEVA
KAMRAN NAMAZOV
APA TV
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək