Bakıda çay evində qətl hadisəsi baş verib

# 14:02
1 yanvar 2022

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

 

Digər qətl hadisəsi isə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin zirzəmisində tapılıb.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri ilə bu əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 

O, tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR