Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Bakıda daha bir məktəbdə koronavirusa görə tədris müvəqqəti dayanıb.
APA TV-nin məlumatına görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəb karantinə bağlanıb.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü