Bakıda dəhşət: Binada partlayış oldu, 18-ci mərtəbədəki adamı yerə atdı

# 18:27
2 yanvar 2023

Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada partlayış olub.

Hadisə “Şaiq MTK”ya məxsus binanın 18-ci mərtəbəsində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər partlayışın təsirindən 18-ci mərtəbədən yıxılaraq ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, həlak olan şəxs polis nəfəri Məhəmməd Babayev olub.

Məhəmməd Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev partlayış baş verən əraziyə gəliblər.

Ruslan Əliyev bildirib ki, ilkin məlumata əsasən, hadisə mənzildə qaz sızması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda qurumun qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR