Bakıda DƏHŞƏT: Körpə əkiz bacılar yanaraq öldü - 5 NƏFƏR XƏSARƏT ALDI

# 12:54
29 iyun 2022

Bakıda mənzildə yanğın olub.

 

APA TV xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə qeydə alınıb.

 

Yanğın zamanı iki körpə - əkiz bacılar zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

 

2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov isə yanıq xəsarətləri alıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda yanğın söndürülüb.

 

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR