Bakıda dəhşət: Polis şöbədə qətl törətdi
Bakıda polis əməkdaşı ondan şikayət edən həyat yoldaşını qətlə yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı orada qətlə yetirib.
İsmayıl Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu