Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Keçmiş arvadını görün nə üstə öldürdü
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 40 yaşlı Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 44 yaşlı Arzuman Fazilovun aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu