Bakıda dəhşətli qəza: Avtomobillər toqquşdu, “PRİUS" AŞDI
Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində Bakı beynəlxalq avtovağzal kompleksi yaxınlığında qeydə alınıb. Belə ki, “Chevrolet Aveo” markalı avtomobil avtovağzal ərazisinə girmək istəyən “Toyota Prius”a çırpılıb. Zərbənin təsirindən “Toyota Prius” kənarda dayanan “Mercedes” markalı avtomobilə çırpılıb, daha sonra isə aşıb.
Hadisə nəticəsində “Toyota Prius”da sərnişin qismində olan bir nəfər yüngül xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı