Bakıda dərəyə düşən şəxs BELƏ XİLAS EDİLDİ
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə APA TV-yə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş Hüseynov Salman Ərzuman oğlu restoranın həyətyanı sahəsinə çəkilmiş hasarın üstündən yıxılaraq təxminən 10 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Salman Hüseynovu dərədən çıxarıb təcili tibbi yardım briqadasına təhvil verərək xilas ediblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu