Bakıda evdən 32 minlik oğurluq

# 17:12
12 aprel 2023

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması müəyyənləşib.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb. O, əldə etdi əşyaları isə Biləcəri qəsəbəsində yerləşən metal qəbulu məntəqələrindən birinə satıb.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR