Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlayan şəxs saxlanılıb

# 14:16
17 aprel 2021

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-ya verilən xəbərə görə, Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümumi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR