Bakıda gecə klubunda Küveyt vətəndaşı ölüb
Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.Hadisə Əhmədli Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb. Belə ki, "Baku Musical Center" gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib. O, qardaşı və iki xanımı ilə birlikdə yemək yeyən zaman səhhəti pisləşərək restoranın tualetinə gedib. Orada qəflətən ölüb.
Dərhal təcili tibbi yardıma müraciət olunub.
Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib