Bakıda gənclər sürücülərə təhlükəli anlar yaşatdı
Bakıda gənclər sürücülər üçün təhlükəli anlar yaşadıblar. Hadisə “Sədərək” ticarət mərkəzinin yaxınlığında baş verib. Belə ki, naməlum şəxslər təpədən magistral yola təkər yuvarladaraq sürücülərin həyatı üçün ciddi təhlükə yaradıblar. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır. Hazırda araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi