Bakıda gənclər üçün maraqlı təlim

# 16:51
22 may 2023

Bakıda "Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası" mövzusunda təlim keçirilib.

Tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İnvestisiya Xəritəsi hazırlandığını bildirib.

Onun sözlərinə görə, ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlıq uğurla davam edir və bu müddətdə təşkilatın müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələr icra olunub.

BMT-nin İnkişaf Proqramının Ölkə üzrə Rezident Nümayəndəsi Nuno Queiros DİM-in Azəbaycanda icrası istiqamətində təmsil etdiyi qurumun hökumətlə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib, həyata keçirilən layihələrin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in Azərbaycanda səmərəli icrası baxımından əhəmiyyətini vurğulayıb.

İnteraktiv sessiyalarla davam edən tədbirdə müvafiq dövlət orqanları və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin moderatorluğu, ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə "Sağlamlıq və rifah üçün səhiyyə sistemi", "Keyfiyyətli və ömürboyu təhsilə nail olmaq istiqamətində sosial dialoqun təşkili və maliyyənin təmini" və "Kənd təsərrüfatı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu" layihələri müzakirə edilib, iştirakçılara sertifikatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR