Bakıda gizli keçirilən toyun aparıcısının COVID-19 xəstəsi olduğu aşkarlandı
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə 85 nəfər barəsində protokol tərtib edilib, araşdırmalar aparılır.
İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü