Bakıda gülüş yaradan asfaltlama: ƏRİNCƏKLİK, YOXSA...? 

# 12:43
7 aprel 2022

Bakıda yolun asfaltlanmasından sonra geriyə qalan görüntülər birmənalı qarşılanmayıb.

 

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Səbail rayonu “20-ci sahə” adlanan ərazidə yol asfaltlanıb. Amma iş bitdikdən sonra geriyə qalan görüntü görənlərdə gülüş yaradıb. Belə ki, asfalt çəkilişi zamanı avtomobillərdən biri yolun kənarında dayanıb. Təmir zamanı isə həmin avtomobil ərazidən götürülməyib.

 

Nəticədə bütün yol asfaltlansa da, avtomobilin parklandığı yer əvvəl olduğu kimi qalıb. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR