Bakıda hamilə qadın dərman içdi - Körpəsi öldü
Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub.
Bu barədə “Qafqazinfo” məlumat yayıb. Məlumata görə, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.
2004-cü il təvəllüdlü, şərti adı Fidan Quliyeva olan şəxs yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.
Ancaq intihara cəhd edərkən Fidan 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir