Bakıda hoteldə ər arvadını bıçaqlayıb

# 13:11
4 iyun 2022

Cəlilabad rayon sakini, 26 yaşlı Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nəsimi rayon prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 30 yaşlı Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanıb. Tərlan Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR