Bakıda hoteldə ərəb qadın öldü
Bakıda hoteldə ölüm hadisəsi baş verib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 46 yaşlı Safya Jabir Braid dünyasını dəyişib.
Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, Safya Braid xəstəlikdən vəfat edib.
Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu