Bakıda iki avtomobil qəza törədib, xəsarət alan var
Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə "Azneft" dairəsində baş verib.
Belə ki, Azsamand markalı nəqliyyat vasitəsinin sürücüsü işıqforun qırmızı işığının tələbinə əməl etməyərək dairədə hərəkətdə olan Mercedes markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü