Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb
Bakı Dairəvi şossesində ağır yol-nəqliyyatı hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə magistral şossenin Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Cahangirli Nüsrət Şükrət oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan 1979-cu il təvəllüdlü Məmmədov Ramin Nofəl oğlunun idarərtməsində olan “Toyota Prius” markalı maşın qəfil dayanıb. N.Cahangirli sükana nəzarəti itirərək əvvəlcə “Toyota”-ya daha sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində sürücülər Nüsrət Cahangirli, Ramin Məmmədov, sərnişinlər 2004-cü il təvəllüdlü Platov Rəşad Bəxtiyar oğlu, 1966-ci il təvəllüdlü Dadaşov Caməllədin və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Dadaşova Samirə ağır bədən xəsarətləri alıb. Bundan başqa digər iki sərnişdə xəsarət alıb. Ağır xəsarət alan beş yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçıları tərəfindən araşdırma aparılır.
Avtotexniki ekspertiza təyin edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi