Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Yasamal rayonunda yol qəzası baş verib.
APA Tv xəbər verir ki, hadisə Şamil Əzizbəyli küçəsi ilə İslam Səfərli küçələrinin kəsişməsində qeydə alınıb.
Şamil Əzizbəyli küçəsi ilə hərəkətdə olan “AzSamand” markalı avtomobil əsas yolda hərəkətdə olan “VAZ 2107” markalı nəqliyyat vasitəsilə toqquşub.
“VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib